Berlində naməlum şəxslər İran səfirliyinə hücum edib
29 noyabr, 2012 09:36
Dünən gecə saatlarında Almaniyanın paytaxtındakı İran səfirliyinə naməlum şəxslər tərəfindən hücum edilib.
ERtv.Az-ın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, təxminən 30 nəfər diplomatik nümayəndəliyin ərazisinə daxil olub.
Onlar İran İslam Respublikasının dövlət bayraqlarını qopardıb və binaya boya ilə dolu flakonlar atıblar.
Polis onlardan 10 nəfərini tuta bilib. Almaniyanın xarici işlər naziri Qido Vestervelle diplomatik nümayəndəliyə olan hücumu mühakimə edib:
“Mən baş verənlərlə bağlı təəssüflənirəm. Biz İran səfirliyi və digər diplomatik nümayəndəliklərin qorunması üçün lazım gələn bütün tədbirləri görəcəyik. Bu kimi hadisələr yolverilməzdir”.