Güclü qar Moskvanı iflic etdi
29 noyabr, 2012 09:35
Dünəndən yağan güclü qar Moskvada yol hərəkəti ilə bağlı vəziyyəti son həddə çatdırıb.
ERtv.Az İnterfaks-a istinadən xəbər verir ki, əsas tixaclar Üçüncü nəqliyyat dairəsində, həmçinin şəhər mərkəzinin əksər yollarında və radial magistrallarda müşahidə olunur.
Baş verən çoxlu sayda yol-nəqliyyat hadisələri vəziyyəti daha da pisləşdirir. Dünən təqribən saat 12:00 radələrində yağmağa başlayan güclü qar hələ də davam etməkdədir.