Xəbərlər

Abşeronun bir qəsəbəsinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulur
29 noyabr, 2012 09:25

Abşeronun Novxanı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına başlanıb.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən ERtv.Az-a verilən məlumata görə, layihəyə əsasən, Novxanı qəsəbəsinin içməli su və kanalizasiya şəbəkələrinin mövcud olmadığı ərazilərdə yeni infrastruktur yaradılır.

Bu məqsədlə qəsəbədə müxtəlif diametrli polietilen borularla 74 km uzunluğunda içməli su, 53 km isə kanalizasiya xətti çəkiləcək, 1025 ədəd kanalizasiya quyusu tikiləcək.

Tikinti işləri başlanandan indiyədək 17 km su, 15 km kanalizasiya xətti çəkilib, 182 ədəd kanalizasiya quyusunun inşası başa çatdırılıb.

Qəsəbəyə içməli suyun normal verilişini təmin etmək məqsədi ilə burada hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək.

Yeni yaradılan  su şəbəkəsinə 2000-dən artıq ünvan qoşulacaq və ev birləşmələrinin hər birində smart-kart tipli sayğaclar quraşdırılacaq.

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Novxanı qəsəbəsinin 19 mindən çox sakininin su təchizatının və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Layihə üzrə işlərin 2013-cü ilin sonlarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı  Dövlət Proqramı”na uyğun olaraq Abşeron yarımadasının 24 kənd və qəsəbəsində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.