Dünya Liqası: Otüstü hokkey yığmamız Türkiyəni məğlub etdi
29 noyabr, 2012 09:17
Kişilərdən ibarət otüstü hokkey yığmamız Dünya Liqasının 1-ci mərhələsi çərçivəsində ikinci görüşünü keçirib.
ERtv.Az xəbər verir ki, yığmamızın rəqibi Türkiyə komandası olub.
Komandamız böyük hesablı qələbə qazanıb - 4:0
Günün 2-ci matçında Oman və Qətər görüşür. Azərbaycan isə növbəti oyununu dekabrın 2-də Omana qarşı keçirəcək.
Dekabrın 2-də komandamız yekun matçda Şri-Lanka yığması ilə qarşılaşacaq. Bu beşlikdəki ən yaxşı komanda 2-ci mərhələyə vəsiqə qazanacaq.