Xəbərlər

İlham Əliyev Argentinanın kənd təsərrüfatı nazirini qəbul edib
28 noyabr, 2012 10:06

Azərbaycan Prezidenti İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin son illər müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı.

Qarşılıqlı səfərlərin intensiv xarakter daşıdığını deyən Prezident İlham Əliyev bunu əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Dövlətimizin başçısı ölkəmizin Argentina ilə əlaqələri iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatı sektorunda genişləndirməkdə maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Argentina Respublikasının kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauhar ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük imkanların olduğunu vurğuladı.

O, Azərbaycan ilə Argentina arasında əlaqələrin iqtisadi, sosial və digər sahələrdə genişləndirilməsi üçün ölkəsinin Prezidentindən ciddi tapşırıqlar aldığını bildirdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.