Xəbərlər

İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədrini qəbul edib
28 noyabr, 2012 09:51

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək ölkəmizə hər gəlişi zamanı paytaxtımızda çox böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd etdi.

"Azərbaycan bölgənin, Qafqazın parlayan ulduzudur, inşallah bu ulduz həmişə parlamaqda davam edəcək", - deyən Cəmil Çiçək ölkəmizin gələcək illərdə də sürətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.

O, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin regionda sülhün və sabitliyin möhkəmləndirilməsində, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsində mühüm əhəmiyyət daşıdığını vurğuladı. Cəmil Çiçək ölkələrimiz arasında əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf etdiyini vurğuladı.

Dünyada gedən proseslərdə Türkiyənin fəal rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev Azərbaycan-Türkiyə birliyinin regional əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğuladı.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət və digər sahələrdə davam edən uğurlu əməkdaşlıq əlaqələrinin bütün regionun inkişafı üçün böyük əhəmiyyət daşıdığını dedi və bu əməkdaşlığın daha da möhkəmləndirilməsində Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının önəmini qeyd etdi.

Parlamentlərarası əməkdaşlığın da yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədiyini məmnunluqla qeyd etdi. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçəyin ölkəmizə səfərinin ikitərəfli münasibətlərimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesinin gedişi və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.