Xəbərlər

İlham Əliyev Serbiya Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
28 noyabr, 2012 09:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

ERtv.Az xəbər verir ki. Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimizin mövcud tərəfdaşlıq əlaqələrinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Azərbaycan-Serbiya Hökumətlərarası Komissiyanın növbəti iclasının əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının daha da genişləndirilməsinin zəruriliyini vurğuladı.

Serbiya Respublikası Baş nazirinin müavini, xarici və daxili ticarət, telekommunikasiyalar naziri, Serbiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Rasim Lyayiç Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan qonaq ikitərəfli əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi. Azərbaycanın Serbiyada həyata keçirdiyi müxtəlif layihələrə görə minnətdarlığını ifadə edən Rasim Lyayiç əməkdaşlığımızın daha da möhkəmləndirilməsində bu layihələrin rolunu vurğuladı.

Dövlətimizin başçısı Prezident Tomislav Nikoliçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Serbiya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.