Polşa Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbul olmasına dəstək olacaq.
ERtv.Az-ın Polşaya ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, bu barədə Polşanın iqtisadiyyat nazirinin müavini Andjey Dixa jurnalistlərə deyib.
Nazir müavini qeyd edib ki, ÜTT-yə üzv olmaq Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafına mühüm təsir edəcək.
Onun sözlərinə görə, hazırda Azərbaycanla Polşa arasında illik ticarət dövriyyəsi azdır. Lakin o bildirib ki, cari ilin səkkiz ayında dövriyyədə artım müşahidə edilib.
“Azərbaycanla Polşa arasında ticarət balanslaşdırılmayıb. Belə ki, dövriyyənin əsasını Polşadan ixrac təşkil edir. ÜTT-yə üzv qəbul olmaq Azərbaycanın ticarətinin balanslaşdırılmasına da öz müsbət təsirini göstərəcək”.
Ölkələr arasında siyasi-iqtisadi əlaqələri müsbət, yaxşı qiymətləndirən Andjey Dixa qarşılıqlı investisiya qoyuluşu sahəsində hələ çox iş görülməli olduğunu deyib. O qeyd edib ki, hazırda Polşanın ixracının 80 faizi Avropa İttifaqına həyata keçirilir ki, bunun da səbəblərindən biri bu sahədə gömrük baryerlərinin olmamasıdır.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı