Xəbərlər

BP bu ilin sonuna TANAP-da iştirakla bağlı şərtləri yekunlaşdıracaq
28 noyabr, 2012 09:29

BP şirkəti Dövlət Neft Şirkətinin Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsində 12%-lik payla iştirak etməsi üçün edilmiş təklifi təsdiqləyib. Bu məsələ ilə bağlı şərtləri bu ilin sonunadək yekunlaşdırmağı gözləyirik.

ERtv.Az-ın verdiyi məlumata görə, bu barədə “BP-Azerbaijan” şirkətindən bildirilib.

Məlumatda qeyd olunub ki, BP bu layihənin texniki və kommersiya məsələlərinin müəyyənləşməsinin sürətləndirilməsi məqsədilə Azərbaycan və Türkiyə hökumətləri tərəfindən TANAP layihəsinə dəvət olunmuş bütün iştirakçılarla yaxından işləyir.

“Biz, həmçinin BOTAŞ-la texniki əməkdaşlığı davam etdiririk. İnanırıq ki, Şahdəniz Mərhələ 1-dən daha çox qaz ixracı üçün və TANAP-a dəstək kimi BOTAŞ-ın sistemini başa düşmək vacibdir” - şirkətdən bildirilib.

Bundan başqa, qeyd olunub ki, Konsorsium Şahdəniz Mərhələ 2 qazının Türkiyə ilə Avstriya arasındakı və ya Türkiyə ilə Yunanıstan və İtaliya arasındakı bazarları qazla təchiz etmək üçün Türkiyə sərhədindən o yana daşınması məqsədilə Trans Adriatik Boru kəməri (TAP) və  Nabukko Uest (Nabucco West) layihələrini cənub dəhlizinin son hissəsi kimi qiymətləndirməkdə davam edir.

“Konsorsium bu iki variantdan hansının Mərhələ 2 qazını Türkiyə sərhədindən Avropaya daşıyacaq son seçilmiş variant olduğunu qərarlaşdırmaq üçün TAP və Nabukko Uestin səhmdarları ilə işləməkdə davam edir”.

Məlumatda həmçinin qeyd olunub ki, Konsorsium bu iki layihə arasında yekun seçim qərarını və bununla bağlı qaz satışı sazişlərini 2013-cü ilin ortalarına planlaşdırılmış Şahdəniz Mərhələ 2-nin yekun investisiya qərarından əvvəl başa çatdıracaq.

Qeyd edək ki, bu il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək.

Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.

TANAP layihəsində SOCAR 80%, Türkiyənin “BOTAŞ” və TPAO şirkətləri isə 20% paya malikdir. SOCAR ona məxsus olan səhmlərin 29%-ni “Şahdəniz” Konsorsiumundakı tərəfdaşları olan - BP, “Statoil” və “Total” şirkətlərinə təklif edib. BP və “Statoil” bu layihədə hərəyə 12%, “Total” şirkəti isə 5% pay əldə etmək niyyətindədir.

“Şahdəniz Mərhələ 2 və ya Yatağın Tammiqyaslı İşlənməsi (YTİ) Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq layihədir. Bu layihə yeni cənub qaz dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatını və enerji təhlükəsizliyini artıracaq.

Hesablamalara görə $25 milyard dollar dəyərində olan bu layihənin Mərhələ 1-dən olan ildə təqribən 9 milyard kub metr qaza ildə 16 milyard kub metr qaz əlavə edəcəyi gözlənilir.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.