Türkiyədə vahid məktəbli forması ləğv edildi
28 noyabr, 2012 09:22
Türkiyədə şagirdlər artıq hicab geyinə biləcək.
ERtv.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Təhsil Nazirliyi vahid məktəbli geyiminin ləğv edilməsi barədə qərar qəbul edib.
Qərarda bildirilib ki, artıq şagirdlər sərbəst geyinə biləcəklər. Lakin çox açıq-saçıq, dizdən yuxarı yubkalar, qolsuz köynəklər geyinməyə icazə verilməyəcək.
Bundan başqa hicab taxmaq istəyən qızlara da sərbəstlik veriləcək.
Bu qərar əcnəbi və özəl məktəblərə isə aid edilməyəcək.