Lənkəranda zəlzələ olub
28 noyabr, 2012 09:18
Ötən gecə Lənkəranda zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası seysmoloji xidmət mərkəzinin Lənkəran Seysmik Stansiyasından ERtv.Az-ın bölgə müxbirinə verilən məlumata görə, yeraltı təkanlar gecə saat 01.14-də baş verib.
Zəlzələnin episentri Lənkərandan 36 kilometr şimal-şərqdə, 4 maqnitudada Xəzər dənizində qeydə alınıb. Lənkəranda isə yeraltı təkanlar 2,5-3 bal gücündə hiss olunub.
Dağıntı və tələfat yoxdur.