“Kəpəz” klubunun baş məşqçisi Mahmud Qurbanov 5 oyunluq cəzalandırıldı
28 noyabr, 2012 09:16
AFFA-nın inzibati binasında İntizam Komitəsinin növbəti iclası keçirilib.
ERtv.Az-ın AFFA-nın saytına istinadən verdiyi xəbərə görə, “Kəpəz” və “Xəzər-Lənkəran” komandalarının oyununda Mahmud Qurbanov oyunun 79-cu dəqiqəsində baş hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalandırılıb.
Klub rəhbərliyi isə Mahmud Qurbanovun bu hərəkətinə görə 5000 manat məbləğində cərimə ödəməli olacaq. Eyni oyunun 80-ci dəqiqəsində azarkeşlərin stadiona müxtəlif əşyalar atmasına görə isə klub 2000 manat cərimə ödəyəcək.
Bundan əlavə, “Turan”, “Sumqayıt”, “Neftçi” futbol klubları bir oyun ərzində həddindən çox sarı vərəqə aldıqlarına görə, adıçəkilən klubların hər biri 1000 manat məbləğində cərimələnib.