Xəbərlər

İlham Əliyev: “Biz ən müasir “yaşıl texnologiyalar”ın tətbiqindən maksimum faydalanmağı bacarmalıyıq”
22 noyabr, 2012 11:11

Prezident İlham Əliyev “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarına məktub göndərib.

ERtv.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısı sərginin işinə uğurlar arzulayıb:

“Sevindirici haldır ki, ölkəmizdə ətraf mühitin mühafizəsi ilə bağlı belə sərgilərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Son illərdə qazanılan nailiyyətlər respublikamızın iqtisadi əsaslarını möhkəmləndirərək, qeyri-neft sektorunun, infrastruktur sahələrinin və regionların inkişafının sürətləndirilməsi, xüsusən ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində kompleks tədbirlərin gerçəkləşdirilməsi üçün geniş imkanlar yaratmışdır.

Ətraf mühitin yaxşılaşdırılması, təbii sərvətlərin və biomüxtəlifliyin mühafizəsi sahəsində bu günədək bir sıra mühüm layihələr icra edilmişdir. Hazırda cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqəti ekologiya problemlərinin həllinə yönəlmişdir və dövlətimizin müəyyənləşdirdiyi ekoloji siyasət uğurla həyata keçirilməkdədir.

Ətraf mühitin sağlamlaşdırılması və lazımınca qorunması məqsədi ilə bəzi pilot layihələrin icrası zamanı ekoloji tələblərə cavab verən yeni texnologiyalardan istifadə yüksək nəticələr əldə olunmasını təmin etmişdir. Bunlar bir daha göstərir ki, Azərbaycanda sosial-iqtisadi həyatın bütün sahələri kimi, ekologiya məsələləri də daim diqqət mərkəzindədir. Vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşaması naminə biz ən müasir “yaşıl texnologiyalar”ın tətbiqindən maksimum faydalanmağı bacarmalıyıq.

İnanıram ki, “Xəzər: Ətraf Mühit üçün Texnologiyalar” Beynəlxalq Ətraf Mühit Sərgisi qarşıya qoyulan məqsədlərə çatmaq baxımından səmərəli olacaqdır”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.