Qəzzada atəşkəs rejimi tətbiq olunur
22 noyabr, 2012 09:12
Bu gün İsrail vaxtı ilə 21.00-da (Bakı vaxtı ilə 23.00) Qəzza zolağında İsrail və Fələstin qruplaşmaları arasında atəş dayandırılır.
ERtv.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Məhəmməd Kamil Əmr amerikalı həmkarı Hillari Klintonla mətbuat konfransında bildirib.
Öz növbəsində Hillari Klinton ABŞ-ın Qəzza zolağında atəşin kəsilməsini alqışladığını bəyan edib. Dövlət katibi qeyd edib ki, ABŞ İsrailin təhlükəsizliyinin tərəfdarıdır və Qəzza zolağında fələstinlilərin şəraitinin yaxşılaşdırılması məqsədilə hərəkət edəcək. Eyni zamanda Klinton bildirib ki, İsrail-Fələstin münaqişəsinin birdəfəlik həll olunması variantının alternativi yoxdur.