Yol polisi reydlərə başlayıb
22 noyabr, 2012 09:11
Şəkidə “Piyadalar diqqətli olun” və “Həddi buluğa çatmayanların nəqliyyat vasitələrini idarə etmələri təhlükəlidir” devizi altında reydlərə start verilib.
Şəki Şəhər Yol Polis İdarəsindən ERtv.Az-a bildirilib ki, polis əməkdaşları yol hərəkəti qaydalarının tələblərinə məhəl qoymayan və sürücülük hüququ olmayan, piyada keçidindən istifadə etməyən piyadaları saxlayaraq cərimələyib.
Belə ki, reyd zamanı 10-a yaxın piyada saxlanılaraq İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnib. Eyni zamanda avtomobillər saxlanılaraq onların sahiblərinin sürücülük vəsiqələrinin olub-olmadığı yoxlanılıb. Ümumilikdə 15 nəfərə müvafiq cərimələr tətbiq edilib.