Xəbərlər

Emin Əliyev London İnvestorlar Konfransında iştirak edəcək
19 noyabr, 2012 11:56

Bakı Fond Birjasının İdarə Heyətinin sədri Emin Əliyev 17-21 noyabr tarixlərində Londonda keçiriləcək London İnvestorlar Konfransında (2012 London Investor Conference) iştirak edəcək.

ERtv.Az-ın Bakı Fond Birjasına istinadən verdiyi xəbərə görə, Londona “Carlyle Group” investisiya şirkətinin dəvəti ilə gedən E.Əliyev səfəri ərzində şirkətin top menecmenti ilə görüşlər keçirəcək, şirkətin qlobal investisiya və aktivlərin idarə edilməsi sahəsindəki qabaqcıl təcrübəsi ilə tanış olacaq.

Bununla yanaşı, o “Carlyle Group”un yeni investisiya fondları ilə, onların kompozisiyası və idarəolunma mexanizmləri ilə də tanış olacaq.  

Qeyd edək ki, “Carlyle Group” 1987-ci ildə ABŞ-da yaradılıb və hazırda dünya üzrə 32 regional ofisə malikdir. 1400-ə qədər qlobal investor bazası olan şirkətin ümumi idarəetməsi altında olan vəsaitin həcmi 160 mlrd. dollara yaxındır. “Carlyle Group” fondların idarə olunması sahəsində zəngin təcrübəyə malikdir. “Carlyle Group”un fondları dünya investisiya fondları arasında gəlirliliyinə görə yüksək gəlirli və aşağı riskli fondlar hesab olunur.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.