Şərqi Azərbaycan əyalətində investisiya imkanları üzrə beynəlxalq toplantı keçiriləcək
19 noyabr, 2012 11:56
İran İslam Respublikasının Şərqi Azərbaycan əyaləti İqtisadi və Maliyyə təşkilatının İnvestisiya Xidmətləri Mərkəzi 2013-cü ilin may ayında Şərqi Azərbaycan əyalətində investisiya imkanları üzrə dördüncü beynəlxalq toplantı keçirəcək.
ERtv.Az bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən xəbər verir.
Marağı olan iş adamları tədbirlə bağlı daha ətraflı məlumatı İran İslam Respublikasının Azərbaycandakı səfirliyində əldə edə bilərlər.