Xəbərlər

FEMEN fəalları Parisdə döyüldülər
19 noyabr, 2012 11:54

Ukraynanın FEMEN qadın hərəkatının fəalları bazar günü Parisdə ənənəvi nikahların müdafiəsinə həsr olunan nümayişlərə qatılıblar, nümayiş tərəfdarları onları döyüblər.

ERtv.Az-ın Lenta.Ru-ya istinadən verdiyi xəbərə görə, məlumatı Associated Press agentliyi yayıb.

Sinəsi açıq, bəzisi isə rahibə paltarı geyən 10-a yaxın qız eynicinsli nikahların qanuniləşdirilməsinin əleyhinə çıxan etirazçıların nümayişində peyda olublar və “Biz geylərə inanırıq” (“İn God we trust” şüarına analoji olaraq, “İn gay we trust” ) şüarları səsləndiriblər. Ukraynalı qızlar bundan sonra nümayişçilərin üzərinə ağ toz səpiblər.

Yarıçılpaq qızların aksiyasını görən bəzi katolik fəallar onların üzərinə hücum edərək qızları yerə səriblər. İlkin məlumata əsasən, insident nəticəsində ağır xəsarət alan olmayıb. Polis ukraynalı qızların təhlükəsizliyini qorumaq üçün onları avtobusda gizlətməli olub. Bu barədə məlumatı Frans-Press agentliyinə hadisənin şahidi olan fransız feministlərindən biri bildirib.  

Qeyd edək ki, eynicinsli nikahları pisləyən nümayişi “Civitas” mühafizəkar katolik təşkilatı keçirib. Aksiyada minlərlə insan iştirak edib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.