Noyabrın 18-də İsrailin havadan Qəzzaya endirdiyi raket zərbələri nəticəsində ən azı 11 dinc fələstinli həyatını itirib.
ERtv.Az Lenta.Ru-ya istinadən xəbər verir ki, ölənlər arasında 4 uşaq və 81 yaşlı qadın var.
Məlumata görə, İsrailin Qəzza zolağında hərbi əməliyyatlara başladığı gündən artıq 81 fələstinli dünyasını dəyişib, onların təqribən yarısı dinc sakinlərdir. Təqribən 720 nəfər isə yaralanıb.
Bu gün səhər İsrailin növbəti aviazərbəsi nəticəsində Qəzzada iki yaşayış evi məhv edilib. Şəhər administrasiyasının nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki, bombardıman nəticəsində iki uşaq və iki yaşlı şəxs həlak olub, 42 nəfər isə yaralanıb. Təqribən 12-15 nəfər binaların dağıntıları altında qalıb, hazırda xilasetmə işləri aparılır.