Xəbərlər

Araz çayından Urmiya gölünə suyun axıdılması üzrə iş gedir
19 noyabr, 2012 10:53

İqlim şəraiti üzündən Urumiya gölünün qorunmasını önləmək üçün bəzi tədbirlərə əl atılıb.

Həmin tədbirlər sırasında Araz çayından Urmiya gölünə suyunun axıdılması planı da var və həmin istiqamət üzrə iş gedir.

ERtv.Az İRİB-ə istinadən xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyinin Müştərək resurslar və sərhəd çayları üzrə Baş İdarəsinin direktoru Cabbar Vətənfəda deyib.

Onun sözlərinə görə, Araz çayının suyunun Urmiya gölünə axıdılması Azərbaycanla bağlanmış müqavilələr çərçivəsində mümkün olacaq və bununla bağlı rəsmi Bakı ilə lazımi müzakirələr aparılacaq.

“Ümid edirik ki, Azərbaycan qonşuluq haqqı və ətraf mühitə yardım naminə İranın Araz çayındakı su payının iri həcminin Urmiya gölünə axıdılması məsələsində razılığa gələcək”, - Vətənfəda bildirib.

C.Vətənfəda İranla Ermənistan arasında Araz çayı üzərində birgə inşa olunan Mehri Su Elektrik Stansiyası (SES) ilə bağlı məsələyə də toxunub.

“Mehri SES üçün suyun gücləndirilməsinə və ehtiyat olaraq yığılmasına ehtiyac yoxdur. Bu stansiya su axını ilə işləyəcək. Mehri SES İranla Azərbaycan arasında, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda istifadəyə verilmiş stansiyanın analoqudur.

Bu kimi stansiyalarda su bir tunelə doğru istiqamətləndirilir və davamlı şəkildə çaya geri göndərilir. Beləliklə, suyu gücləndirməyə və hansısa çayın axınının qarşısını almağa ehtiyac yoxdur”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.