Xəbərlər

Siqaretçəkmənin məhdudlaşdırılmasına Milli Məclis gələn il baxa bilər
19 noyabr, 2012 10:52

Millli Məclisin gələn ilki sessiyasında “Azərbaycan Respublikasında ictimai yerlərdə siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanuna yenidən baxıla bilər.

ERtv.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.

O bildirib ki, bu qanunun qəbul edilməsi uzun zaman tələb edən məsələlərdən biridir.

Onun sözlərinə görə, Azərbaycanda tütünçülük haqqında qanun var və burada da ictimai yerlərdə siqaretçəkməyə qadağının qoyulması, tütün məmulatlarını uşaqlara satmaq, həmçinin məktəb, uşaq müəssisələrinin yerləşdiyi ərazilərdə bu məhsulları satmaq qadağan edilib.

H.Rəcəbli qeyd eidb ki, bu məsələdə cəzalandırma isə hər zaman effektiv nəticə vermir:

“Qardaş ölkə Türkiyədə də bu qanun qəbul edilib və bir müddət siqaret çəkənlərə qarşı cəzalandırma tədbirlərinin həyata keçirilməsi gözlənilən effekt vermədi. Biz də bunları düşünülmədən etsək müəyyən fəsadları olacaq və istədiyimiz faydanı ala bilməyəcəyik. Ona görə də düşünürük ki, ictimai yerlərin sahiblərinin cəzalandırılması bu məsəələdə ön plana çəkilə bilər. Belə olanda məsələni qismən həll etmək olar”.

H.Rəcəbli qeyd edib ki, bu məsələyə cəmiyyətin tam hazır olmadığını da etiraf edib. Onun sözlərinə görə, bu qanun qəbul olunsa, ictimai yerlərdə siqaret çəkmək üçün əlavə yerlər yaradılmalıdır.

Bütün məsələlərin həllində maarifləndirmə, ictimai qınaq olmalıdır. Bu məsələdə bizlərə birinci mətbuat kömək etməlidir. Onlar həm özləri siqaret çəkməməlidir və ətrafa da qınaqla yanaşmalıdır.

H.Rəcəbli ölkədə siqaretin qarşısının alınması üçün qiymətlərin bahalaşmasına da toxundu. O, hesab edib ki, siqaretin qiymətlərinin artırılması da həll yolu deyil:

“Siqaretin qiyməti artırılacaq daha çox pis siqaretlər bazara çıxarılacaq. Qaçaqmalçılıq və digər məsələr ola bilər. Bu işdə bir nömrəli həll yolu maarifləndirmədir. Cəmiyyət siqaret çəkəni pisləməlidir. Bunların hamısının kökündə heç nə yoxdur, sadəcə, gənclərin çoxu xoş olmaq üçün siqaret çəkir. Ona görə bunlar cəmiyyətdə zaman tələb edən məsələlərdir”.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.