Şahmatçılarımız medalın bir addımlığında dayandılar
19 noyabr, 2012 10:51
Mariboredə (Sloveniya) 22 şahmatçımızın da çıxış etdiyi gənclər arasında şahmat üzrə dünya çempionatı başa çatıb.
ERtv.Az xəbər verir ki, təmsilçilərimizdən heç biri 11 turun yekunları üzrə mükafatçılar üçlüyünə daxil ola bilməyiblər.
Aytac Heydərova və Abdulla Qədimbəyli mükafatın bir addımlığında dayanıblar.
Onların hər ikisi 8,5 xal toplayaraq 10 yaşa qədər qrupda 4-cü yeri tutublar.
Mələk İsmayıl (7,5 xal) da 9-cu yeri tutub. Günay Məmmədzadə isə U-12 qrupunda 10-cu olub.