Qurban Qurbanov: "Sonadək mübarizə apardıq"
19 noyabr, 2012 10:51
Topaz Premyer Liqasının 13-cü turunda “Qarabağ” doğma meydanda “Simurq”dan üstün oldu – 2:1.
ERtv.Az xəbər verir ki, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib:
“Bizim üçün vacib oyun idi, çempionatda ikinci yerdə gedən komandaya qalib gəldik. İki fərqli hissə izlədik. Fasilədən sonra rəqibin hücuma keçəcəyini bilirdik. Oyunun sonlarına yaxın təzyiqi artırdıq. Sona qədər mübarizə apardıq və qalib gəldik”.