Xəbərlər

İlham Əliyev Ramzan Kadırovu qəbul edib
16 noyabr, 2012 10:52

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, dövlətimizin başçısı ölkəmizlə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun ikinci dəfə ölkəmizə səfər etməsini xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev əməkdaşlığımızın iqtisadi, sərmayə qoyuluşu, humanitar və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi. Çeçenistanda sabitliyin bərqərar olunduğunu və genişmiqyaslı layihələrin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı əldə olunan uğurlar münasibətilə onu təbrik etdi.

Çeçen xalqının Azərbaycan xalqını özünə qardaş və dost xalq hesab etdiyini deyən Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov xalqlarımız arasında mövcud olan bu münasibətlərin qədim tarixi köklərə malik olduğunu vurğuladı.

Ramzan Kadırov Azərbaycanda gedən sürətli inkişaf proseslərinin böyük maraqla izlənildiyini dedi. Ramzan Kadırov çeçen xalqının ən çətin vaxtlarında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin onlara göstərdiyi qayğını ehtiramla xatırladı.

Azərbaycan Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun şərəfinə nahar verildi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.