Ümumi dəyəri 1,5 milyon dollar olan 3,6 min ədəd “iPad mini” planşet kompüterlərindən ibarət partiya Nyu-Yorkun Con Kennedi adına beynəlxalq hava limanından oğurlanıb.
ERtv.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzeti yazıb.
“Apple” şirkəti “iPad mini” yığcam planşetinin satışına 2 noyabr tarixində dünyanın 34 ölkəsində başlayıb. Qəzetin məlumatına görə, “iPad mini” planşeti JFK hava limanına qurğunun yığıldığı Çindən gəlib və Amerika bazarında satılmaq üçün nəzərdə tutulubmuş. Daşınmanı “Cargo Airport Services” nəqliyyat şirkəti həyata keçirib.
Məlumata görə, oğurluq iki nəfər tərəfindən həyata keçirilib. Lakin oğrular aeroportdakı planşet qutularının yalnız yarısını apara biliblər. Polis hələ ki, şübhəli şəxslərin adlarını açıqlamır.