Xəbərlər

İlham Əliyev Bolqarıstanın Ali Kassasiya Məhkəməsi sədrini qəbul edib
13 noyabr, 2012 10:04

Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadi və energetika sahələrində uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu münasibətlərin daha da genişlənməsi ilə bağlı yaxşı perspektivlərin olduğunu dedi.

Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Dövlətimizin başçısı ölkələrimizin Avropa İttifaqı, NATO və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığını yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevin ölkəmizə səfərinin onun azərbaycanlı həmkarları ilə məhkəmə sistemi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını dedi.

Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın son illər sürətlə inkişaf etdiyini məmnunluqla vurğuladı.

O, Bolqarıstanın və Azərbaycanın məhkəmə sistemi arasında əməkdaşlığın inkişafı üçün yaxşı imkanların olduğunu bildirdi və bu əməkdaşlığın genişlənəcəyinə əminliyini ifadə etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.