Xəbərlər

İlham Əliyev Ukraynanın müdafiə nazirini qəbul edib
13 noyabr, 2012 10:03

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın müdafiə naziri Dmitri Salamatınin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, Ukraynanın müdafiə naziri Dmitri Salamatin Ukrayna Prezidenti Viktor Yanukoviçin Konstitusiya günü münasibətilə təbriklərini və salamlarını dövlətimizin başçısına çatdırdı.

Ukrayna Prezidentinin Azərbaycan ilə münasibətlərin genişləndirilməsi məsələlərini daim diqqət mərkəzində saxladığını deyən nazir ölkəsinin respublikamızla ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində maraqlı olduğunu vurğuladı.

Azərbaycan-Ukrayna ikitərəfli münasibətlərinin böyük tarixə malik olduğunu deyən dövlətimizin başçısı ölkəmizin bu münasibətlərin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etdi.

Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı Ukraynanın müdafiə naziri Dmitri Salamatınin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev Prezident Viktor Yanukoviçin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Ukrayna dövlətinin başçına çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.