Xəbərlər

Londondakı turizm sərgisi ilə bağlı Azərbaycan tərəfi bəyanat yayıb
13 noyabr, 2012 09:59

Noyabrın 5-8-də Londonda keçirilən “WTM 2012” Beynəlxalq Turizm sərgisi zamanı Ermənistan KİV-də yayılmış yanlış məlumatlarla bağlı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi bəyanat yayıb.

Qeyd edək ki, sərgi günlərində Ermənistanın müxtəlif KİV-ində Azərbaycan stendində bu ölkəyə qarşı təbliğat-təşviqat materiallarının paylanılması və Ermənistan nümayəndələri ilə Sərginin Təşkilat Komitəsi tərəfindən bu kampaniyanın qarşısının alınması barədə bir sıra yanlış məlumatlar yayılmışdı.

Gün.Az-a Nazirlikdən bildirilib ki, Ermənistanın kütləvi informasiya vasitələrində yayılan məlumatları tamamilə əsassızdır.

Nazirlik bu iftiraların həmin ölkənin daxili siyasətində müəyyən dividentlərin qazanılması məqsədilə hazırlanması kimi qiymətləndirildiyini qeyd edib.

Mədəniyyət və Turizm Nazirliyi, həmçinin bildirir ki, təmsil olunduğu hər bir beynəlxalq turizm sərgisində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin ayrıca stendlə təmsil olunmasının qarşısı alınır.

“Bu məsələdə Ermənistan tərəfindən hər hansı bir cəhd olunduğu təqdirdə Nazirliyin nümayəndələri və ya həmin ölkədə akkreditə olunmuş Azərbaycan səfirliyi sərgi təşkilatçılarına dərhal məlumat verir və onlar tərəfindən müvafiq tədbirlər görülür.

Azərbaycanın stendindəki bütün çap məhsullarında verilən məlumatlar isə dünya ictimaiyyəti tərəfindən dəstəklənən respublikamızın ərazi bütövlüyü çərçivəsində təqdim olunur və buna görə də onların paylanması heç vaxt sərgi təşkilatçıları tərəfindən sual altına qoyulmur”.

Bu il də hər il olduğu kimi, “WTM 2012” Beynəlxalq Turizm Sərgisində Dağlıq Qarabağ bölgəsi ayrıca stendlə təmsil olunmayıb (Ermənistan stendində Karabakh adlı şirkət iştirak edib), Azərbaycana aid stenddə ölkənin digər turizm potensiallı regionları ilə yanaşı Qarabağ və Şuşa ilə bağlı bukletlər ziyarətçilərə paylanıb və sərgi təşkilatçıları tərəfindən hər hansı bir xoşagəlməz hadisə baş verməyib.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.