Suriya-Türkiyə sərhədində vəziyyət bilavasitə ikincinin Ceylanpinar əyaləti yaxınlığında yerləşən Suriyanın yaşayış məntəqələrinin (o cümlədən, Rasulayn şəhəri) bombalanmasından sonra vəziyyət gərginləşib.
ERtv.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ceylanpinar bələdiyyəsinin rəhbəri İsmayıl Arslan bildirib.
O bildirib ki, artıq bir neçə gündür sərhədyanı ərazilər bombalanır və bu da yerli sakinləri öz evlərini tərk etməyə vadar edir, onların arasında yaralılar da var.
“Səhərdən Suriya təyyarələri yenidən bombalamağa başlayıb. Partlayış səsləri bizim ərazilərdə də eşidilir. Hətta raketlərdən biri bizim əraziyə düşüb. Bəzi evlərin isə şüşələri qırılıb, damları uçub. Səhərki bombardmandan sonra ən azı 50 suriyalının öldüyü bildirilir. Əyalət sakinləri təşviş içindədirlər və evlərindən bayıra çıxmağa qorxurlar. Biz hökumətimizdən xahiş edirik ki, nəhayət bizi müdafiə etsin” - deyə o bildirib.