Bakı-Böyük Kəsik istiqamətində növbəti yol qoyuluşuna start verilib.
ERtv.Az-ın “Azərbaycan Dəmir Yolları”na istinadən verdiyi xəbərə görə, növbəti yol qoyuluşu 12-15 noyabrda həyata keçiriləcək. Ləki stansiyasında 2 km yol əsaslı təmir olunacaq. Bildirək ki, bu günə kimi 145,4 km yol əsaslı təmir olunub.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmirinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” “Dəmiryolservis”in müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik-Bakı istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın “İxrac” Bankının nəzarət qrupu müşahidə edir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı