“Xəzər-Lənkəran” braziliyalı futbolçudan imtina etdi
13 noyabr, 2012 09:56
“Xəzər-Lənkəran” klubu braziliyalı futbolçu Betonun xidmətindən imtina edib.
ERtv.Az saytın klubuna istinadən xəbər verir ki, komanda rəhbərliyi beş rəsmi oyunda bir qol belə vura bilməyən forvardın nəticələrindən narazı qalıb.
Beto yalnız “Kəpəz”lə keçirilən yoldaşlıq oyununda fərqlənə bilib.
İki tərəf arasında əldə olunan razılığa görə, klub ilə oyunçu arasında əməkdaşlıq dayandırılıb.
Qeyd edək ki, braziliyalı avqust ayında Türkiyənin “Mersin İdman Yurdu”dan “Xəzər-Lənkəran”a transfer olunub.