Lozanna şəhərində taekvondo üzrə azərbaycanlı idmançıların da iştirak etdiyi İsveçrə açıq çempionatı (Swis Open-2012) keçirilib.
ERtv.Az xəbər verir ki, taekvondoçularımız 4 medal qazanıblar. 80 kq çəki kateqoriyasında kişilərin mübarizəsində finala iki azərbaycanlı idmançı çıxıb.
Ancaq Elvin Məmmədov 2012-ci il London Olimpiadasının iştirakçısı Ramin Əzizova qarşı döyüşə çıxmadığından, final görüşü baş tutmayıb. Nəticədə Ramin Əzizov qalib elan olunub, Elvin Məmmədov isə gümüş medala layiq görülüb.
Daha bir gümüş medalı isə 68 kq çəki dərəcəsində mübarizə aparan Fariz Əliyev qazanıb. Final görüşündə rusiyalı idmançı Vasili Nikitinə məğlub olan Fariz buna qədər Meksika, Portuqaliya, Rusiya, Almaniya və Fransadan olan idmançıları mübarizədən kənarlaşdırıb.
Qadınların mübarizəsində isə 57 kq çəki dərəcəsində mübarizə aparan Günay Atakişiyeva bürünc medal qazanıb.