Çexiyalı parlamentari “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib
12 noyabr, 2012 11:23
Azərbaycan Prezidenti İlham Əliyev Çexiya Respublikası Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr komitəsi sədrinin müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçekin "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
ERtv.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sənəddə bildirilir ki, Yan Hamaçek Azərbaycan Respublikası ilə Çexiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilir.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı