Bu gün Liviyanın baş naziri Bağdadi əl-Mahmudi məhkəmə qarşısına çıxacaq.
ERtv.Az-ın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, baş prokurorluğun təmsilçisi Taha Baara bildirib ki, o, milli təhlükəsizliyə hədə yaradan cinayət törətməkdə şübhəli bilinir.
2006-cı ilin əvvəlindən 2011-ci ilin fevralına, inqilab başlayana qədər keçmiş Cəmahiriyyə hökumətinə rəhbərlik edən Bağdadi əl-Mahmudi, Müəmmar Qəddafi rejimi çökdüyü zaman Tunisə qaçıb.
Orada isə sərhədi qanunsuz keçdiyinə görə saxlanılaraq 6 aylıq həbsə məhkum olunub, lakin tezliklə azadlığa buraxılıbdır. 2012-ci ilin iyun ayının sonunda keçmiş baş nazir Liviyaya ekstradisiya olunub. Tunisdə əl-Mahmudinin göndərilməsi məsələsi ətrafında fikir ayrılıqları yaranıb.
Belə ki, prezident Moncef Marzouki qərarın ölkə başçısı ilə məsləhətləşmədən birtərəfli qaydada verilməsini səbəb gətirərək, bu qərarı qeyri-qanunu adlandırıb. O qeyd edib ki, baş nazir Hamadi Jebali bu addımı atmaqla öz səlahiyyətlərini aşıb.
Qeyd edək ki, əl-Mahmudi Liviya hökumətinin bütün sirlərini bilən yeganə şəxs olduğunu iddia edir. Bu səbəbdən, məhkəmə prosesinin yeni Liviya üçün presedentsiz olacağı hesab olunur.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı