Dənizdə köməksiz qalan balıqçılar helikopterlə xilas edilib
12 noyabr, 2012 09:27
Xəzər dənizində balıqçılar ölüm təhlükəsi ilə üzləşib.
ERtv.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxtın Qaradağ rayonu ərazisində Daşgil adlanan sahədə 2 nəfər balıqçı havanın küləkli və dənizin dalğalı olması səbəbindən sahildən təqribən 2 km dənizə doğru köhnə, istifadəsiz estakadalar üzərində köməksiz vəziyyətdə qalıb.
Faktla bağlı FHN-ə məlumat daxil olub və dərhal xilasetmə əməliyyatlarına start verilib. Nazirliyin aviasiya dəstəsinin 1 ədəd helikopteri hadisə rayonuna cəlb olunub və hər iki balıqçı xilas olunub.