İlham Əliyev Milli Olimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib
08 noyabr, 2012 11:35
Noyabrın 7-də Buta sarayında Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 20 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib.
ERtv.Az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimin iştirakçıları dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Daha sonra Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, Sloveniya Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç və Beynəlxalq Güləş Federasiyasının prezidenti Rafael Martinetti çıxış etdilər.
Mərasim konsert proqramı ilə davam etdi.