Rövnəq Abdullayev: “SOCAR-ın Gürcüstanda siyasi problemləri yoxdur”
08 noyabr, 2012 09:32
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstanda heç bir siyasi problemi yoxdur.
ERtv.Az-ın verdiyi xəbərə görə, bunu jurnalistlərə SOCAR prezidenti Rövnəq Abdullayev Gürcüstanın SOCAR-la daha əvvəl imzaladığı müqavilələri bir daha nəzərdən keçirəcəyinə dair mətbuatda dərc olunan bəzi yazılara münasibətini bildirərkən bildirib.
“SOCAR Gürcüstanda normal iş rejimində fəaliyyət göstərir. Məndə müqavilələrin yenidən nəzərdən keçirilməsi ilə bağlı məlumat yoxdur. Biz Gürcüstandakı fəaliyyətimizi işgüzar əsaslarda qurmuşuq və bununla əlaqədar bizim heç bir siyasi problemimiz mövcud deyil” - R.Abdullayev qeyd edib.