Xəbərlər

Culfa rayonunda Sahibkarlığa Kömək Fondu görüş keçirib
08 noyabr, 2012 09:31

Culfa rayonunun Göydərə, Xoşkeşin, Saltaq, Xanəgah,Qazançı, Əlincə, Kırna kəndlərinin torpaq mülkiyyətçiləri ilə Sahibkarlığa Kömək Fondunun əməkdaşlarının görüşü keçirilib

ERtv.Az-ın Naxçıvan müxbirinin verdiyi məlumata görə, rayonda perspektivdə həyata keçiriləcək layihələr barədə  tədbir iştirakçılarını məlumatlandıran Nazim İmaməliyev bildirib ki,  bu gün kənd yaşayış məntəqələrində kiçik həcmli layihələrin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əsas məqsədi kəndlərdə sahibkarlıq fəaliyyətini təşkil etməkdir.

Dövlətdən maliyyə dəstəyi alaraq bu layihələrin reallaşdırılmasında iştirak etmək istəyənlər ərazisində müəssisə açmaq istədiyi  kəndin mövcud potensialını  yaxından öyrənməli, həmin yerin potensial və tələbatına uyğun olan sahə və ya sahələr üzrə fəaliyyət göstərməlidirlər.

Görüşdə Sahibkarlığa Kömək Fondunun icraçı direktoru  Abbasağa Babayevin , muxtar respublika İqtisadi İnkişaf nazirliyinin “Regionun davamlı inkişafı” sektorunun müdiri  Rauf Rəhimovun çıxışları dinlənilib.

Çıxışlarda vurğulanıb ki, bütün incəliklərinə görə, yüksək dəqiqliklə işlənib hazırlanan, məntiqi ardıcıllıqla biri digərini tamamlayan dövlət proqramları əhalinin yüksək iqtisadi fəallığını stimullaşdırır, bölgələrdə yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına, bölgələrimizin hərtərəfli tərəqqisinə yol açır.

Muxtar respublika regionlarının davamlı, sürətli inkişafının reallaşması təkcə iqtisadi deyil, həm də mənəvi məsələdir. Başqa sözlə, burada insan amili öz həlledici təsirini göstərir, insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı mühüm rol oynayır. İşgüzar sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə dəstəklənməsi, ən yeni texnologiyalara söykənən aqrar-sənaye komplekslərinin yaradılması, yüngül sənayenin, qida sənayesinin inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan qaldırılması, əhalinin yüksək məşğulluğun təmin edilməsi təkcə mərkəzdə deyil, bölgələrimizdə də öz bəhrələrini verir.  

Muxtar respublikda bölgələrin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm meyarlardan biri də insan kapitalının əhəmiyyətinin lazımi şəkildə dəyərləndirilməsidir. Bölgələrdə minlərlə yeni iş yerlərinin açılması,  müasir, abad təhsil müəssisələrinin, məktəblərin inşa edilməsi, elm, təhsil sahəsində həyata keçirilən islahatlar hər bir vətəndaşın sosial rifahının təmininə yönəlib.  Bu gün hər bir rayonun malik olduğu potensialdan tam və səmərəli istifadə etməsi, bölgələrimizin inkişafının tarazlaşdırılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması məqsədilə həyata keçirilən tədbirlər uğurla davam etdirilir.

İqtisadi cəhətdən səmərəli hesab olunaraq hazırlanan kiçik həcmli layihələr haqqında görüş iştirakçılarına məlumat verən Rauf Rəhimov bu layihələrin nümunəvi olduğunu deyib. O qeyd edib ki, südün emalı və xama, tərəvəz salatı istehsalı, meyvə və tərəvəz qurutma sahələri üçün hazırlanan layihələr çox gəlirli sayılır. Bundan başqa, göbələk konservi, qarğıdalı çipsi, lokum,  fermer təsərrüfatlarında tullantıların emalı, üzvi gübrə və bioqaz istehsalı, qovrulmuş günəbaxan toxumu , bərk pendir istehsalı, texniki bitkilərin emal olunması, biodizel və heyvan yemi istehsalı layihələri də perspektivli hesab olunur.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara layihələrin dəyəri və günlük istehsal gücü haqqında məlumatların yer aldığı vərəqələr paylanıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.