Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin DYP bölməsinin əməktaşları nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi avtomobil yollarında təhlükəsizliyi təmin etmək üçün növbəti reydini keçirib.
Bu barədə ERtv.Az-ın bölgə müxbiri xəbər verir.
Əsas məqsəd sərxoş halda avtomaşını idarə edən, texniki baxışdan keçməyən, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən,təhlükəsizlik kəmərindən istifadə etməyən, həmçinin aftomobillərə əlavə avadanlıqlar quraşdıran sürücülərin qarşısını almaq olub. Reyd zamanı dyp-nin əməktaşları tərəfindən 30 yaxın qaydaları pozan sürücülər saxlanılaraq müvafiq pratakollar tərtib olunub, avtombilləri isə cərimə meydancasına aparılıb. 15-ə yaxını sürücü isə kustar üsulnan hazırlanmış pərdələrdən istifadə etdiyinə görə saxlanılıb.
Reyd zamanı həmçinin avtomobillərin mühərrikləridə nəzərdən keçirilərək standartlara cavab
verib vermədiyidə yoxlanılıb. Bəzi sürücülər nəqliyat vasitələrini hüquqları olmadan idarə
etdiklərinə görə cərmələnib.