Lənkəranda növbəti zəlzələ baş verib
08 noyabr, 2012 09:29
Azərbaycanda son günlər seymoaktivlik yenidən artıb.
ERtv.Az AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) verilən məlumata istinadən xəbər verir ki, yerli vaxtla 06:02 Lənkəran ərazisində zəlzələ baş verib.
Dərinliyi 19 km və maqnitudası 3,00 olan yeraltı təkan yaşayış məntəqələrində hiss olunmayıb.
Qeyd edək ki, Azərbaycanda son 3 gündə 4 zəlzələ baş verib.