Xəbərlər

Sahə Futbol Federasiyasında prezident seçkisi keçirilib
08 noyabr, 2012 09:26

Bu gün AFFA-nın inzibati binasında Sahə Futbol Federasiyaları İctimai Birliyinin növbəti hesabat-seçki Konfransı keçirilib.

ERtv.Az xəbər verir ki, ötən 4 il ərzində görülən işlər barədə məlumat verən İctimai Birliyin prezidenti Mahir Məmmədov qeyd etdi ki,  Sahə Futbol Federasiyası tərəfindən AFFA-nın bayrağı altında  futbolun müxtəlif növlərinin inkişafı və tərəqqisi üçün   çempionatlar, beynəlxalq turnirlər, uşaqların, həvəskarların  və əllilərin  yarışları təşkil edilib.

Belə ki, Futzal üzrə Çempionat və Kubok oyunları gərgin idman mübarizəsi şəraitində keçərək böyük sayda azarkeş cəlb edir. Bunun nəticəsi olaraq beynəlxalq arenada da futzalçılarımız uğur qazanıblar.  Milli komandamız Avropada dördüncü, “Araz” klubu isə üçüncü yerə nail olub. Bu futzal tariximizdə ən böyük uğurdur.

Hesabat dövründə çimərlik futbolunda qazanılan uğurlar da bizi sevindirib. Azərbaycanda yeni  yaranmış bu futbol növü qısa müddətə populyarlıq qazanıb. Bunun nəticəsi olaraq komandamız bir neçə beynəlxalq yarışlarda uğurlara imza atıb. Onlar “Avropa Kuboku-2008”  (III yer), “Almaniya Cup” (II yer), “Cross Challenge Cup”  (III) yer və Avropa Çempionatının final mərhələsində çıxış ediblər.   

Sahə Futbol Federasiyasına daxil olan Həvəskarlar Federasiyasının əsas məqsədi gənclər arasında futbolu  kütləviləşdirmək məqsədi daşıyır. Qeyd etmək istərdim ki, bu federasiya da qarşısında qoyulan bu məqsədə layiqincə əməl edib. Deyə bilərəm ki, 2011-2012- ci il mövsümündə Respublika Çempionatında 17 komanda, 714 futbolçu iştirak edib. Kubok yarışlarında isə 16 komanda, 672 futbolçu iştirak edib. Sahə Futbol  və  Həvəskarlar federasiyalarının birgə təşkilatçılığı altında keçirilən  bu turnirlər yüksək səviyyədə təşkil olunmuşdur.

Əlillər Federasiyası da nəzərdən kənarda qalmır. Onlar arasında daim çempionat və turnirlər keçirilir.

16 yaşa qədər eşitməqüsurlu əllilərdən ibarət milli komanda son illər  Slovakiyada futzal üzrə beynəlxalq turnirdə iştirak edib və qənaətbəxş nəticələr göstərib.

2010 və 2012-ci illərdə AFFA-nın və   Sahə Futbol Federasiyasının dəstəyi ilə eşitməqüsurlu əlillərdən ibarət milli komandamız Latviyada təşkil olunmuş turnirlərdə qalib gəlmişdir.

Hesabat dövründə AFFA-nın və SFF təşkilatçılığı ilə Azərbaycanda bir necə beynəlxalq turnirlər keçirilib.

2008-ci ildən ənənəvi olaraq futzal üzrə Bakı Beynəlxalq Turniri keçirilir.  Dünya  və Avropa   çempionatlarının   qrup mərhələsinin seçmə oyunlarına ev sahibliyi etmişik.
 
AFFA Futbol Mərkəzində Çimərlik futbolu üzrə “Avropa Kuboku-2008” təşkil olunmuşdur.

Bütün bu işlərin həyata keçirilməsində bizə daim dəstək olduğuna görə AFFA-nın rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm.  

Hesabatla bağlı  videoçarx nümayiş etdirildikdən sonra Əlillər Futbol Federasiyasının prezidenti Şaiq Həmidov, Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimov, Həvəskarlar Futbol Federasiyasının prezidenti Kamil Rəhimov və  başqaları çıxış edərək Sahə Futbol Federasiyaları İctimai Birliyinin fəaliyyətinin qənaətbəxş   qiymətləndirilməsini təklif etdilər.

Təklif səsə qoyuldu və yekdilliklə qəbul olundu. Maliyyə hesabatı və növbəti ilin büdcəsi təsdiqləndikdən sonra Konfrans iştirakçılarının yekdil səsi ilə Mahir Məmmədov növbəti dəfə Sahə Futbol Federasiyaları İctimai Birliyinin prezidenti seçildi.

Tələbə Futbol Federasiyasının Sahə Futbol Federasiyaları İctimai Birliyinə üzvlüyə qəbulu ilə  bağlı müraciətinə baxıldı və müsbət qərara qəbul olundu.

Konfransda iştirak edən AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək assosiasiyanın prezidenti Rövnəq Abdullayevin adından yeni seçilmiş prezidenti təbrik etdi, Sahə Futbol Federasiyaları İctimai Birliyinə gələcək fəaliyyətində uğurlar arzuladı.

Yeni seçilmiş İdarə Heyətinin ilk iclasında Rüfət Əmirov yenidən Sahə Futbol Federasiyaları İctimai Birliyinin vitse-prezidenti seçildi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.