Bu ay idman məktəblərinin V Respublika Oyunlarının proqramına daxil olan yunan-Roma və sərbəst güləş idman növləri üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında zona yarışları təşkil ediləcək.
ERtv.Az xəbər verir ki, yarışlar Gənclər və İdman Nazirliyinin 2012-ci il üçün vahid idman təqvim planına əsasən keçiriləcək.
Sərbəst güləş üzrə zona yarışları noyabrın 9-10-da Bakıda, Hövsan Olimpiya İdman Kompleksində, noyabrın 12-15-də isə Gəncə, İmişli və Balakən olimpiya idman komplekslərində təşkil ediləcək.
Yunan-Roma güləşi üzrə isə zona yarışları Bakıda, Hövsan Olimpiya İdman Kompleksində noyabrın 7-8-də, Şəmkir və Sabirabad olimpiya idman komplekslərində noyabrın 16-19-da keçiriləcək.
Yarışlarda ümumilikdə 1200-dən çox yeniyetmə idmançının iştirakı gözlənilir.
Yarışların keçirilməsində əsas məqsəd yeniyetmələrin idman ustalıqlarının artırılması, ehtiyat qüvvənin hazırlanmasıdır.