Xəbərlər

Azərbaycanın bir sıra ölkələrlə imzaladığı ikitərəfli sənədlər təsdiq edilib
05 noyabr, 2012 13:36

Prezident İlham Əliyev Azərbaycan və Belarus arasında 2012-ci il avqustun 28-də Minsk şəhərində imzalanmış sazişlərin, Azərbaycan və Tacikistan arasında 2012-ci il iyulun 12-də Bakı şəhərində imzalanmış sənədlərin və Azərbaycan və Çin Xalq Respublikası arasında 2012-ci il iyunun 12-də Pekin şəhərində imzalanmış sənədlərin təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalayıb.

Nazirlər Kabinetinə bu fərmanlarda göstərilən sənədlərin müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görmək, Xarici İşlər Nazirliyinə həmin sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə qarşı tərəfi xəbərdar etmək tapşırılıb.

Dövlət başçısı, həmçinin, 2012-ci il avqustun 27-də Riqa şəhərində imzalanmış "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Latviya Respublikasının Rifah Nazirliyi arasında Anlaşma Memorandumu"nun, 2011-ci il noyabrın 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Argentina Respublikasının Elm, Texnologiya və Səmərəli İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya sahələrində Anlaşma Memorandumu"nun və 2012-ci il iyunun 7-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında müvafiq fərmanlar imzalayıb.

Bundan başqa, dövlət başçısı 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış "Məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərə görə Müstəqil Dövlətlər Birliyinin Mükafatına təqdimat müsabiqəsi barədə Əsasnamə"də dəyişikliklər edilməsi haqqında Qərar"ın təsdiq edilməsi barədə fərman imzalayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.