Xəbərlər

İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları nazirini qəbul edib
05 noyabr, 2012 13:34

Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın kommunikasiya və informasiya texnologiyaları naziri Kapil Sibalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

ERtv.Az xəbər verir ki, nazir Kapil Sibal Hindistan Prezidenti Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarını dövlətimizin başçısına çatdırdı.

Bakıda keçirilən VII İnternet İdarəçilik Forumunda iştirakından məmnunluğunu bildirən hindistanlı qonaq tədbirin yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Kapil Sibal Azərbaycan Prezidentinin rəhbərliyi ilə son illər ölkəmizin əldə etdiyi böyük uğurların onlarda dərin təəssürat yaratdığını dedi. Nazir informasiya və kommunikasiya texnologiyaları sektorunda ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğuladı.

Dövlətimizin başçısı Azərbaycanın Hindistan ilə müxtəlif istiqamətlərdə, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu dedi.

Ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin yaradıldığını vurğulayan Prezident İlham Əliyev bu münasibətlərin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Pranab Mukhercinin və Baş nazir Manmohan Sinqhin salamlarına görə minnətdarlığını bildirdi və onun da salamlarını Hindistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.