2012-ci ilin birinci yarısında Azərbaycanın daşınmaz əmlak bazarında müşahidə olunan aktivlik üçüncü rübdə bir qədər aşağı düşüb.
ERtv.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2012-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
Ümumilikdə 2012-ci ilin 9 ayı ərzində təkrar mənzil bazarında qiymətlər 5.5%, ilkin bazarda isə 0.9% artıb.
“Təkrar mənzil bazarında müşahidə olunan qiymət artımı əsasəsən daşınmaz əmlak bazarında təklifin daralması ilə izah olunur. Lakin təkrar mənzil bazarında 1 kvadratmetr mənzil sahəsinin qiyməti 2008-ci ilin dekabr ayına nəzərən 9.5%, ilkin bazarda isə 22.8% aşağıdır”, - icmalda qeyd olunur.
Ötən dövr ərzində yaşayış obyektərində kirayə haqqı 9.6% artıb, kommersiya obyektlərində icarə haqqı isə 4.3% ucuzlaşıb.
İpoteka kreditləşməsinin davam etməsi də daşınmaz əmlak bazarında, xüsusilə təkrar bazarda aktivliyə təsir göstərib. 2012-ci ilin 9 ayı ərzində banklar tərəfindən verilən ipoteka kreditlərin həcmi 45.6 mln manat, Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 69.5 mln manat təşkil edib.

Qonaq kıtabı









Nəzrin
Aydan
Ayxan
Fərar
Nəzrinin övladı
Becan
Barı