Xəbərlər

Abid Şərifov: “2004-cü ildən Azərbaycan iqtisadiyyatına investisiyalar 102 milyard dollar təşkil edib”
05 noyabr, 2012 13:20

Son 7-8 il ərzində Azərbaycanda real ÜDM-in 3 dəfə artması qeydə alınıb.

ERtv.Az xəbər verir ki, bu barədə Bakıda keçirilən Regional Rabitə Birliyi Administrasiyası (RRBA) rəhbərlərinin 47-ci toplantısı və MDB-yə üzv dövlətlərin RRBA yanında informatiklaşma üzrə 18-ci Koordinasiya Şurasının birgə iclasında Azərbaycanın baş nazirinin birinci müavini Abid Şərifov bildirib.

Onun sözlərinə görə, göstərilmiş dövr ərzində sənaye sahəsi 4 dəfə, kənd təsərrüfatı 1,3 dəfə, inşaat sektoru 3,1 dəfə, nəqliyyat və İKT sektoru 3 dəfə artıb.

“2004-cü ildən başlayaraq, bütün maliyyə mənbələrindən Azərbaycan iqtisadiyyatına kapital yatırımları 102 milyard dollar olub. İnvestisiyaların 49,8%-ni daxili kapital yatırımları təşkil edib. Bu dövr ərzində neft-qaz sektoruna 38,1 milyard dollar vəsait yatırılıb. 60 milyard dollardan çox vəsait iqtisadiyyatın qeyri-neft sektoru, o cümlədən maliyyə sektoruna yatırılıb” – deyə, A.Şərifov bildirib.

Baş nazirin birinci müavini qeyd edib ki, hesabat dövrü ərzində Azərbaycan əhalisinin gəlirləri 5,3 dəfə, orta məvacib 4,7 dəfə, minimal əmək haqqı 10,4 dəfə artıb, yoxsulluq səviyyəsi isə 44,7%-dən 2011-ci ilin yekunları üzrə 7,6%-dək azalıb.

O, başa çatmış dövr ərzində Azərbaycanda sahibkarlıq sektorunun artdığını və sahibkarlıq subyektlərinin sayının 2 dəfə çoxaldığını vurğulayıb.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.