Yüzlərlə delfin özünü Tasmaniya sahillərinə atıb, ekoloq və könüllülər onların xilas edilməsi üzərində işləyirlər.
ERtv.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bir gün əvvəl 60 qara delfin və 20 Avstraliya afalini (delfinlərin növü) Tasmaniyanın Nyu Years qorud adasında özərini sahilə atıblar.
Bazar ertəsi onlarla delfin yenidən adaya yaxın dayaz sulu yerlərdə toplaşıblar.
Ekoloqlar delfinlərin dayaz sulu yerlərdən açıq okeana çıxarılması üzərində işləyirlər. Onların sözlərinə görə, bunu etmək kifayət qədər çətindir, çünki delfinlərin əksəriyyəti sayda qaldıqları vaxt ərzində çox zəifləyib, onların gücü tükənib, hətta bəzilərinin dərisini gün yandırıb. Bundan başqa, məməlilər stress vəziyyətindədirlər və bəzən elə olur ki, açıq dənizə çıxarılan delfin yenidən özünü sahilə atır.
Gecə ərzində ekoloqlar 23 heyvanı dərin sulu yerlərə çıxara biliblər. Hadisə yerindən məlumat verən Avstraliyanın ABC telekanalının müxbirlərinin bildirdiyinə görə, onlarla heyvan artıq ölüb və sahildə qalıblar.