Xəbərlər

Bakıda “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda seminar keçirilir
05 noyabr, 2012 11:31

Bakıda “Elektron patent məhkəməsinin hüquqi və texniki aspektləri” mövzusunda 2 günlük seminar öz işinə başlayıb.

ERtv.Az-ın məlumatına görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə 5-6 noyabr tarixlərində keçiriləcək seminarda patent müvəkkilləri, həmçinin Azərbaycanın Ali Məhkəmə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Akademiyası və s. qurumların nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, tədbirdə elektron patent məhkəməsi ilə bağlı Almaniyanın təcrübəsi nümayiş etdiriləcək, bu sahənin ölkəmizdə tətbiqi imkanları müzakirə ediləcək.

Bununla əlaqədar olaraq Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel, hazırki sədr, hakim Norbert Mayer və hakim Martin Musiol ölkəmizdə səfərdədirlər.

Seminarı giriş sözü ilə açan Komitənin Sənaye Mülkiyyəti Obyektlərinin Ekspertizası Mərkəzinin (AzPatent) direktoru Mir Yaqub Seyidov Azərbaycanda patent sisteminin beynəlxalq tələblər səviyyəsində qurulması istiqamətində aparılan işlərdən danışıb:

“Elektron patent məhkəməsi anlayışı isə ölkəmizdə yeni olduğunu və bu sahədə də qabaqcıl ölkə hesab olunan Almaniyanın təcrübəsini öyrənmək yaxşı olardı. Ölkəmizin “Elektron hökumət” quruculuğu prosesində bu sahədəki addımları da müsbət nəticə verəcək və bütün tərəflərə fayda verəcək”.

Almaniya Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun Azərbaycandakı nümayəndəsi Rəşad Hüseynli çıxışında bu sahədə Komitə ilə əməkdaşlığın perspektivlərindən söz açıb.

Sonra Almaniya Federal Patent Məhkəməsinin sabiq sədri, hakim Volfgang Stoppel “Hüquqi sənədlərin elektron mübadiləsinin hüquqi əsasları və problemləri”, hazırkı sədr, hakim Norbert Mayer “Hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri” haqqında məruzələr ediblər.

Seminarda Azərbaycanda “Elektron hökumət” və məhkəmə müdafiəsinin əsasları, həmçinin Federal Patent Məhkəməsində hüquqi sənədlərin elektron mübadiləsinin texniki məsələləri haqqında da çıxışlar olub.

Sonda seminar iştirakçılarına “Almaniya Federal Patent Məhkəməsində İT texnologiyaları və elektron məhkəmə zalına dair” film nümayiş olunub.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.