Xəbərlər

Bakıda ən böyük təhsil sərgisi keçiriləcək
05 noyabr, 2012 11:30

Dünyanın 4 qitəsindən 100 universitet Azərbaycanda 2012-ci ildə keçiriləcək ən böyük təhsil sərgisində bir araya gələcəklər.

ERtv.Az xəbər verir ki, noyabrın 10-11-də Bakıda baş tutacaq bu sərgidə ABŞ, BƏƏ, İsveçrə, Çexiya, Almaniya, İngiltərə, Kanada, Türkiyə, Şimali Kipr, İspaniya, İtaliya, Fransa, Litva, Hollandiya, Avstraliya və Çindən ali təhsil ocaqları iştirak edəcəklər.

Universitet nümayəndələri sərgiyə gələnlərə qəbul şərtləri, güzəştlər və ölkənin təhsil sistemi haqqında ətraflı məlumatlar verəcəklər.

Sərgi zamanı xaricdə təhsillə bağlı bir neçə seminarın keçirilməsi də nəzərdə tutulur. Bundan əlavə, bakalavr, magistratura, MBA proqramları və dil məktəbləri barədə də ətraflı məlumat əldə etmək mümkün olacaq.

Sərginin təşkilatçısı “Akare Education Fairs”-dir.

Sərgi saat 12:00-17:00 arası Bakının mərkəzində yerləşən “Hilton” oteldə baş tutacaq.

Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.