Bu gün Dənizkənarı Milli Parkda Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş kütləvi tədbir keçirilib.
ERtv.Az-ın verdiyi xəbərə əsasən, tədbir zamanı şəhər ictimaiyyəti, idman həvəskarları Azərbaycan Olimpiya Hərəkatının uğurlarını əks etdirən fotostendlərlə tanış olublar.
Bundan başqa, idmansevərlər ayrı-ayrı idman növləri üzrə olimpiya çempionları və mükafatçılarımızla şəkil çəkdirmək və onlardan avtoqraf almaq imkanı qazanıblar.
Kütləvi tədbirdə sakinlər boks, cüdo, taekvondo, qol güləşi, gimnastika, kapoeyra, zorxana və güləş idman növlərində peşəkar idmançıların nümunəvi çıxışlarını izləyiblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin 20 illiyinə həsr olunmuş yürüş də təşkil edilib. Yürüşün qaliblərinə qiymətli hədiyyələr təqdim edilib.
Möhtəşəm konsert proqramı ilə tədbirlərə yekun vurulacaq.